Flutter nədir?

Flutter Google tərəfindən açıq mənbə(open source) kodlu olaraq yazılan həm android həm ios həm də veb üçün cross platform native applikasiya yaza bilən bir proqram yazma mühitidir.(SDK)
Cross platform- bir frameworkun birdən çox əməliyyat sistemi üzərində işləyə bilməsidir.
Yəni flutterlə siz hər iki platforma daha az əmək və zaman sərf edərək mobil applikasiyalar çıxara bilərsiniz. Proqramlaşdırma dili olaraq yenə Google -a aid olan obyekt yönümlü Dart dili istifadə edilir. Dart, sintaks olaraq C ailəsinə çox oxşayır, əgər Java/C# dilini bilirsinizsə Dartı öyrənməkdə problem yaşamazsınız. Və beləliklə tez bir şəkildə Flutterda proqram yazmağa başlaya bilərsiniz.
Flutter niyə Dart dilini istifadə edir?
Dartın Flutterda istifadə edilmə səbəblərindən ən böyüyü AOT(ahead of time) compile edilə bilən olduğu üçündür. Dart, sürətli keçidlərlə animasiyalar yaratmağı asanlaşdırır, proqramdakı dəyişiklikləri real vaxtda tez bir zamanda əks etdirir.
Niyə Flutter?
- Bir proyekt fikriniz var və bunu ən sürətli şəkildə həyata keçirmək istəyirsinizsə, Flutter sizin üçündür. Cross platform olduğu üçün daha uyğun olması ilə bərabər, eyni zamanda iOS və Android əməliyyat sistemlərində yayımlaya biləcəyiniz applikasiya fikirlərinizi çox sürətlə həyata keçirəcəksiniz.
- Flutter sayəsində kodda etdiyiniz cüzi bir dəyişikliyin nəticəsini eyni vaxtda görmək fürsətiniz olur, buna “hot reload” deyilir. Etdiyiniz dəyişiklikləri yaddaşda saxladıqdan sonra saniyələr içərisində özü yenilənir. Eynilə şriftin ölçüsünü və ya rəngini dəyişdirdiyiniz zaman nəticəni bir neçə dəqiqə gözləmədən tez görə bilərsiniz.

- Bir texnologiyanın nə qədər çox istifadəçisi və kömək etmək istəyi varsa, öyrənmə prosesi bir o qədər sürətli olur. Flutter bu mövzuda çox şanslıdır. Flutteri istifadə edən böyük bir cəmiyyət var. Buda bir problem ilə qarşılaşsanız bu problemin həllini rahatlıqla tapacağınız mənasına gəlir. Hər keçən gün cəmiyyəti artan Flutter, öyrənmə sürətinizə sürət qatacaq.
![http://sotagtrends.com/?tags=[ionic-framework,react-native,flutter,xamarin]&relative=true](https://miro.medium.com/v2/resize:fit:700/1*ynM8fv8ZiDmsiYnhLMQsRg.png)
Statistikadan da gördüyünüz kimi 2018-dən etibarən Stackoverflowda flutterin tag edilmə sayı təcillə artıb.
- Flutter cross-platform frameworklər arasında ən sürətlisidir. Standard 60 FPS(saniyə başına kadr)-dir və bunun özü böyük bir üstünlükdür. Flutter həmçinin “Javascript Bridge” adlanan texnologiyadan istifadə edir hansı ki bu ekranın səlis bir şəkildə işə düşməsini və istifadə olunan komponentlərin ekranda əks olunmasını təmin edir.

- Flutterda hər şey widgetdən ibarətdir. Flutterin müasir, rahat tərtibatı və əsas widget dəsti ilə istifadəçi interfeysinizi asanlıqla inkişaf etdirə bilərsiniz. Güclü APİ-lərlə 2D animasiya, effekt və Uİ ilə əlaqəli olan bir çox problemlərin öhdəsindən gələ bilərsiniz.

Flutterin gələcəyi
Flutter, Google’ın dəstəyi səbəbindən mobil proqramlaşdırma sahəsində çox həyəcan verici bir texnologiyadır. Flutter texnologiyasının inkişafı, getdikcə daha çox mobil developerlərin Flutter-a keçid edəcəyini göstərir. Flutter cəmiyyətinin davamlı olaraq bu texnoligiyanı inkişaf etdirmək səyləri indidən bu texnologiya yarışında Flutteri önə çıxarır. Flutter ilə imkanlar praktik olaraq sonsuzdur, beləliklə çox geniş tətbiqlər asanlıqla yaradıla bilər. Əgər tətbiqinizin standart iOS və Android UI elementlərinin qandallarından azad olmasını istəyirsinizsə və çox sayda native SDK xüsusiyyətinə ehtiyacınız yoxdursa, Flutter sizə sürətli, əla görünüşlü mobil proramlar üçün bənzərsiz bir platforma verəcək və siz bu təcrübədən ləzzət alacaqsınız.
Flutter haqqında az çox məlumat aldığınıza görə gəlin görək Flutterda bir çoxları kimi yeni proqramlaşdırma dilini öyrənməyə başlarkən yazdığımız ilk “Hello World!” proqram necə görünür.

Bu bloqda sizlərdə Flutter haqqında ümumi bir fikir yaratmaq istədim.Əgər daha ətraflı araşdırmaq istəsəniz aşağıda yerləşdirdiyim mənbələrə baxa bilərsiniz.
daha ətraflı məlumat almaq üçün mənbələr:
Android proqramçıları üçün Flutter
iOS proqramçıları üçün Flutter
React Native proqramçıları üçün Flutter
Veb proqramçıları üçün Flutter
bloq üçün yararlandığım mənbələr:
https://levelup.gitconnected.com/why-flutter-is-a-development-trend-of-2020-d81ca0813a73